cümə axşamı 16 iyul 2026 - 17:43
Qisas göstərişini məhdudlaşdırmaq xalqın iradəsinə qarşı çıxmaq və rəhbərin göstərişindən yayınmaqdır

Qum Elmi Hövzəsi Müəllimlər Birliyi vurğulayıb ki, şəhid Ayətullah Seyid Əli Xameneinin (r) intiqamının alınması məsələsində hər cür dünyəvi məsləhətçilik və İnqilabın Ali Məqamlı Rəhbərinin göstərişinin əhatə dairəsini məhdudlaşdırmaq cəhdi xalqın iradəsinə qarşı çıxmaq və rəhbərin əmrinə tabe olmamaq deməkdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Qum Elmi Hövzəsinin Müəllimlər Birliyi şəhid Ayətullah Seyid Əli Xameneinin (r) qatillərindən qisas və intiqamın qəti olmasına dair İnqilab Rəhbərinin müraciətini dəstəkləyən bəyanat yayıb.

Bəyanatın tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Seyid Müctəba Hüseyni Xameneinin (Allah onu qorusun) İran və İraqda şəhid Ayətullah Seyid Əli Xameneinin (r) əzəmətli dəfn və vida mərasimini təşkil edənlərə təşəkkür məqsədilə yayımladığı dərin, strateji və düşməni sarsıdan müraciət, eləcə də şəhid Ayətullah Xameneinin qatillərindən qisas alınmasının zəruriliyini açıq şəkildə vurğulaması İslam maarifinin daha bir mühüm həqiqətini üzə çıxardı və «یا لثارات الامام» «İmamın qanının intiqamı naminə!» yolunda hərəkətin vacibliyini aşkar şəkildə bəyan etdi.

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyi İnqilabın Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei (Allah onu qorusun) ilə bağladığı əhd və beyətə sadiq olduğunu bir daha bəyan edir, onun göstərişlərini son söz və həlledici meyar hesab etdiyini vurğulayaraq bildirir:

1. Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) qanının intiqamı məsələsində hər hansı dünyəvi məsləhətçilik və ya İnqilab Rəhbərinin göstərişinin əhatə dairəsini məhdudlaşdırmaq cəhdi xalqın iradəsinə qarşı çıxmaq və Ali Məqamlı Rəhbərin əmrinə itaətsizlik deməkdir.

2. Siyasi, diplomatik və məhkəmə orqanları İslam ümmətinin qisas və intiqam haqqını beynəlxalq qurumlarda və dünya ictimaiyyətində aydın şəkildə izah etməli, bu məsələni ardıcıl şəkildə izləməli və təkəbbür qüvvələrinin media və təbliğat vasitələri ilə zalım ilə şəhidin yerini dəyişdirməsinə imkan verməməlidirlər.

3. Qisas və qan tələbini möminlik vəzifəsi kimi yerinə yetirmək çoxsaylı aşkar və gizli bərəkətlərə səbəb olur. Dünyanın bütün azad insanları bu ilahi vəzifəni yerinə yetirməyə hazır olmalıdırlar.

İnşallah, uca Allahın lütfü və həzrət Sahibəz-Zamanın (ə.f) pak duaları sayəsində qələbə və ilahi yardım yaxın zamanda İslam ümmətinə nəsib olacaq, cinayətkar və murdar qatillər isə öz əməllərinin layiqli cəzasını alacaqlar.

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha